Azərbaycan Premyer Liqasının 20-ci turunda "Neftçinin qonağı olacaq "Qarabağ bu oyuna ciddi itki ilə çıxacaq.

Unikal.org xəbər verir ki, Ağdam təmsilçisi "ağ-qaralarla matçda əsas üzvlərindən Miçel Maderanın xidmətindən istifadə edə bilməyəcək. Premyer Liqanın 19-cu turunun "Zirə ilə ev matçında (2:0), oyuna əlavə olunmuş 3-cü dəqiqədə sarı vərəqə alan ispan futbolçu cəzalı vəziyyətə düşüb.

Miçel cari mövsümdə 4-cü dəfə sarı vərəqə alıb.

"Neftçi - "Qarabağ oyunu martın 14-də keçiriləcək.