İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycanda keçiriləcək prezident seçkilərini izləmək üçün müşahidə missiyası göndərəcək.

Bu barədə unikal.org-a təşkilatın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda müşahidə missiyası üzvlərinin sayı və tərkibi formalaşdırılır.

Xatırladaq ki, Azərbaycanda prezident seçkiləri bu il aprelin 11-də keçiriləcək. Seçki prosesini həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB), MDB-nin, GUAM-ın və digər təşkilatların müşahidəçiləri izləyəcək.