12 Dekabr 2018
Prezident Ana Birçallı qəbul etdi - YENİLƏNİB
SİYASƏT 2018-03-13 14:55:18
  • A

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Rumıniyanın Baş nazirinin müavini xanım Ana Birçallı qəbul edib.

Unikal.org-un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Xanım Ana Birçall Bakıda Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə bağlı Rumıniya rəhbərliyi adından və öz adından başsağlığı verib.

Dövlət başçısı başsağlığına görə minnətdarlığını bildirib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VI Qlobal Bakı Forumunun önəmini qeyd edən xanım Ana Birçall forumda iştirakından məmnunluğunu bildirib. O, 2017-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd edildiyini vurğulayıb.

Dövlət başçısı 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli elan edildiyini deyib.

Xanım Ana Birçall bildirib ki, Rumıniya Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsində maraqlıdır və bu istiqamətdə dəstəyini əsirgəməyəcək. Avropa üçün strateji əhəmiyyətli layihələrin həyata keçirilməsində Azərbaycanın mühüm rol oynadığını qeyd edən Ana Birçall bildirib ki, Rumıniya Azərbaycanı regionda sabitliyə və təhlükəsizliyə töhfə verən ölkə kimi dəyərləndirir. O, ölkəsinin Azərbaycan ilə əməkdaşlıq əlaqələrini bütün sahələrdə bundan sonra da genişləndirmək əzmində olduğunu deyib və bu işdə hökumətlərarası komissiyanın mühüm rol oynayacağına əminliyini ifadə edib.

Görüşdə Azərbaycan-Rumıniya əlaqələrinin yüksək səviyyəyə çatdığı vurğulanıb, iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığı və əməkdaşlığımızın böyük potensialının olduğu qeyd edilib.

Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyət daşıdığı bildirilib.

Görüşdə, həmçinin qarşılıqlı sərmayə qoyuluşu və hər iki ölkədən olan şirkətlərin bu sahədə fəaliyyətinin genişləndirilməsinin vacibliyi vurğulanıb.

12:01

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Rumıniyanın Baş nazirinin müavini xanım Ana Birçallı qəbul edib.

Unikal.org-un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.