"Trabzonspordan "Qarabağa icarəyə verilən Ramil Şeydayev geri çağırılır. 

Unikal.org xəbər verir ki, "bordo-mavilərin baş məşqçisi Rıza Çalımbay klubun üzvü olan bütün futbolçuları baxışdan keçirnək fikrindədir. Bunlar içərisində Azərbaycan klubunda 6 matçda forma geyinən futbolçu R.Şeydayev də var.

Qeyd edək ki, Şeydayev 2015-ci ildə 19 yaşlılar arasında keçirilən Avropa çempionatının 12 qolla bombardiri olub.