12 Dekabr 2018
Ana iki azyaşlı övladı ilə birlikdə İTKİN DÜŞDÜ
HADİSƏ 2018-03-13 14:28:13
  • A

Bakıda ana iki azyaşlı övladı ilə birlikdə itkin düşüb.

Unikal.org "Reporta istinadən xəbər verir ki, paytaxtın Xəzər rayonu, Qala qəsəbəsində 1978-ci il təvəllüdlü Elnarə Həsənova 2011-ci il təvəllüdlü oğlu Ramil və 2013-cü il təvəllüdlü qızı Duyğu ilə birlikdə martın 1-də evdən çıxıb və geri qayıtmayıblar.

Onların itkin düşməsi ilə bağlı polisə məlumat verilib. Hazırda onların tapılması istiqamətində araşdırmalar davam etdirilir.