"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunun tələbinə uyğun olaraq Bakı Nəqliyyat Agentliyinin quraşdırdığı dayanacaq pavilyonlarına xəbərdarlıq elanları vurulub.

Unikal.org xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.