12 Dekabr 2018
Bakıda Novruz bayramı karvanı keçirilməyəcək
CƏMİYYƏT 2018-03-13 16:34:41
  • A

Bu il Bakıda Novruz bayramı karvanı təşkil olunmayacaq.

Unikal.org-un məlumatına görə, paytaxtın bayram şənliyi proqramında dəvələr, süvarilər və faytonların müşayiəti ilə böyük karvanın təşkil olunması nəzərdə tutulmayıb.

Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, bu il "İlaxır çərşənbə Novruz bayramı ilə (martın 20-si) üst-üstə düşür. Ona görə də "İlaxır çərşənbə ilə bağlı ayrıca mərasim olmayacaq.

İcra Hakimiyyətindən qeyd edilib ki, bayramla bağlı rəsmi dövlət tədbiri keçiriləcək: "Karvanın təşkil olunub-olunmayacağına Mədəniyyət və Turizm Nazirliyi aydınlıq gətirə bilər.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov isə deyib ki, indiyə qədər bayram karvanını Bakı Şəhər İcra Hakimiyyəti təşkil edib: "Nazirliyin öhdəsinə düşən bayram tədbirlərinin də siyahısı artıq məlumdur və ictimaiyyətə açıqlanıb. Tədbirlər planında Novruz bayramı karvanının təşkil olunması məsələsi nəzərdə tutulmayıb.

Qeyd edək ki, hər il Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə "İlaxır çərşənbəsi günü metronun "İçərişəhər stansiyası və İcra Hakimiyyəti binasının arasındakı sahədən - qala divarları önündən Novruz personajları - Dədə Qorqud, Bahar qızı, Kosa, Keçəl və musiqi qruplarının iştirakı ilə dəvələr, süvarilər və faytonların müşayiəti ilə böyük bayram karvanı Suraxanı "Atəşgahına yola düşürdü. "Atəşgahdan od götürən bayram karvanı Fəvvarələr meydanından Gənclər meydanına gələrək bayram tonqalını alovlandırır və Dədə Qorqudun Novruz xeyir-duası ilə incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq təşkil edilirdi.