12 Dekabr 2018
Trampdan gözlənilməz TƏYİNAT: Tillersonu o əvəz edəcək (FOTO)
DÜNYA 2018-03-13 17:32:39
  • A

Donald Tramp dövlət katibi Reks Tillersonu vəzifəsindən azad edəcəyini, yerinə isə Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi Mayk Pompeonu təyin edəcəyini açıqlayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Twitterdən yazıb: "Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rəisi Mayk Pompeo xarici işlər nazirimiz olacaq. Gözəl bir iş ortaya qoyacaq. Rex Tillersona bu günədək göstərdiyi xidmətlərinə görə, təşəkkür edirik. CİA direktoru postuna isə ilk dəfə qadın gətirilir və onun adı isə Gina Haspellidir. Hər kəsi bu təyinat münasibəti ilə təbrik edirəm.