12 Dekabr 2018
Qəbələ Keşlə ilə səfər oyununda xal itirib
İDMAN 2018-03-13 17:49:10
  • A

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start verilib.

Unikal.org-un məlumatına görə, ilk oyun günündə bir matç keçirilib. "İnter Arenada "Keşlə və "Qəbələ üz-üzə gəlib. Qarşılaşmada hesabı qonaqlar açıb. Baqali Dabo 32-ci dəqiqədə fərqlənib. Fasilədən sonra isə meydan sahiblərinin heyətində Voislav Stankoviç öz qapısını nişan alıb. Serbiyalı müdafiəçinin 59-cu dəqiqədə yol verdiyi kobud səhv həm də yekun nəticəni müəyyənləşdirib - 1:1.

Görüş baş hakim Ömər Paşayevin kobud səhvləri ilə də yadda qalıb. Gənc FİFA referisi 65-ci dəqiqədə "Qəbələ"nin qapısına təmiz penaltini təyin etməyib, 90+2-ci dəqiqədə isə "qırmızı-qaralar"ın qaydalar çərçivəsində vurduğu qolda ofsayd qeydə alıb.

Bu bərabərlikdən sonra komandaların turnir cədvəlindəki mövqelərində dəyişiklik baş verməyib. "Qəbələ 39 xalla 2-ci, "Keşlə isə 16 xalla 7-cı sıradadır.

Qeyd edək ki, XX turun digər 3 oyunu martın 14-də keçiriləcək. "Neftçi "Qarabağı, "Zirə "Səbaili, "Sumqayıt isə "Kəpəzi qəbul edəcək.