12 Dekabr 2018
Çərşənbə bayramında 3 nəfər öldü, 38 yaralı
HADİSƏ 2018-03-14 00:06:40
  • A

İranın Tehran əyalətində çərşənbə bayramının qeyd edilməsi zamanı baş vermiş insidentlərdə 3 nəfər ölüb, 38 nəfər xəsarət alıb.

Unikal.org-un   apa-ya istinadən məlumatına görə, bu barədə İran Təcili Tibbi Yardım İdarəsinin sözçüsü bildirib. Onun sözlərinə görə,yaralılar arasında biri qadın, digərləri isə kişidir. Yaralıların yarısı yanıq xəsarəti alıb. İki nəfərin pirotexniki vasitənin partlaması nəticəsində əlini itirdiyi bildirilir.