Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunuda evdə "Sevilyaya 1:2 hesabıyla uduzaraq mübarizəni dayandıran "Mançester Yunaytedin baş məşqçisi Joze Mourinyo oyunla bağlı fikirlərini bildirib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, portuqal mütəxəssis İngiltərə mətbuatına açıqlamasında məğlubiyyətin əsas səbəbkarı kimi özünü göstərib:

"Şanslarımız var idi, biz də qollar vura bilərdik. Hesab 0:1 olanda, komandanın mübarizə əzmi qırıldı. Oyuna nəzarəti itirdik. "Sevilya üçün ən yaxşısını arzulayıram. Sevilyadakı matçda oyuna nəzarət edən tərəf biz idik. Burda isə onlar oyuna nəzarət edirdilər, ancaq qol məsələsində bəxtləri gətirdi. Son dəqiqələr isə normal keçmədi. Hər şey nəzarətdən çıxmışdı. "Sevilya yaxşı qələbə qazandı. Bizdən daha çox qol vurdular və 1/4 finaldadılar.

Bir komanda qalib gələndə, uğur hamının olur. Baş məşqçi, oyunçular... Ancaq uduzduqda, həmişə baş məşqçi məğlub sayılır. Hər yerdə belədi - İngiltərə, İspaniya, hətta Çində də... Mənə görə uduzduq. Yəqin ki, nə isə səhv etmişəm.

Xatırladaq ki, bu komandalar arasında Sevilyada baş tutmuş ilk matç qolsuz bərabərliklə nəticələnmişdi.