AFFA İntizam Komitəsinin iclası keçirilib.

Unikal.org xəbər verir ki, bu gün keçirilən iclasda Premyer Liqanın və əvəzedici heyətlərin çempionatının son turlarında baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub:

Azərbaycan Premyer Liqasının 19-cu turunun "Kəpəz - "Qəbələ matçı başa çatdıqdan sonra "Qəbələ klubu stadion ərazisini tərk edərkən yerli azarkeşlər tərəfindən klubun avtobusunun şüşəsi sındırılıb. "Kəpəz qonaq komandanın təhlükəsizliyini tam təmin etmədiyinə görə klub 4000 manat cərimə olunur.

"Qəbələ klubunun dəymiş ziyana uyğun olaraq təqdim edəcəyi hesab "Kəpəz klubu tərəfindən ödənilsin.

Əvəzedici heyətlərin 19-cu turunun "Qarabağ - "Zirə matçında "Zirənin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur.