Futbol üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb.

Unikal.org AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Rəşad Sadıqov martın 22-də səfərdə Kosovo, 27-də isə İrlandiya yığması ilə oyunlar üçün 25 futbolçuya dəvət göndərib.

Martın 15-dən 19-dək Bakıda təlim-məşq toplanışında olacaq yığmanın heyətində aşağıdakı futbolçuların yer alacağı gözlənilir.