Bu gün Avropa Liqasının 1/4 final mərhələsinə start veriləcək. Unikal.org xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Komandalar səbətlərə bölünməyəcək. 8 komanda da bir-birinə rəqib ola bilər.
Avropa Liqasının final oyununun səfiri olan Erik Abidalın da iştirak edəcəyi püşkatmada İtaliya (Latsio), İngiltərə (Arsenal), Fransa (Marsel), Portuqaliya (Sportinq), İspaniya (Atletiko), Almaniya (Leyptsiq), Rusiya (ÇSKA) və Avstriya (Zalsburq) hərəyə bir komanda ilə təmsil olunacaq.
Avroliqanın 1/4 final mərhələsinin ilk oyunları aprelin 5-də, cavab matçları isə bir həftə sonra keçiriləcək.


Avropa Liqası, 1/4 final

Latsio (İtaliya)

Zalsburq (Avstriya)

Leyptsiq (Almaniya)

Marsel (Fransa)

Arsenal (İngiltərə)

ÇSKA (Rusiya)

Atletiko (İspaniya)

Sportinq (Portuqaliya)