Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar olaraq seçkiqabağı təşviqatın aparılmasına martın 19-da başlanılacaq və aprelin 10-u saat 8:00-da başa çatacaq.

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasından unikal.org-a verilən məlumata görə, aşağıda qeyd olunan yerlər aprelin 11-də keçiriləcək Azərbaycan Respublikasında prezident seçkiləri ilə əlaqədar olaraq muxtar respublikada açıq və qapalı yerlər kimi müəyyənləşdirilib:

Naxçıvan şəhərində

Açıq yer - Naxçıvan Şəhər Stadionu

Qapalı yer - "Gənclik Mərkəzi

Şərur rayonunda

Açıq yer - Şərur Mədəniyyət Evinin qarşısı

Qapalı yer - "Bahar kinoteatrı

Babək rayonunda

Açıq yer - Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyinin qarşısı

Qapalı yer - Babək qəsəbə 1 nömrəli tam orta məktəbin akt zalı

Ordubad rayonunda

Açıq yer - Ordubad Şəhər Tədbirlər Meydanı

Qapalı yer - Ordubad Rayon Mədəniyyət Evi

Culfa rayonunda

Açıq yer - Culfa Şəhər Stadionu

Qapalı yer - Culfa Rayon Mədəniyyət evi

Kəngərli rayonunda

Açıq yer - Qıvraq Qəsəbə Stadionu

Qapalı yer - Kəngərli Rayon Mədəniyyət Evi

Şahbuz rayonunda

Açıq yer - Şahbuz Şəhər Stadionu

Qapalı yer - "Araz kinoteatrı

Sədərək rayonunda

Açıq yer - Sədərək Rayon Mədəniyyət Evinin qarşısı

Qapalı yer - Sədərək Rayon Mədəniyyət Evi.