15 Dekabr 2018
14 Dekabr 2018
Mercedes qəza törətdi - Xəsarət alanlar var
HADİSƏ 00:54 2018-03-18
  • A

Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. Hərəkətdə olan "Mercedes markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarında olan avtomobilə çırpılması nəticəsində iki nəfər şəhər sakini, 1996-cı il təvəllüdlü Hacıyev Asim və 1995-ci il təvəllüdlü Ruşanov Orxan müxtəlif bədən xəsarətləri alıblar. A. Hacıyevə tibbi yardım göstərildikdən sonra o ambulator müalicəyə buraxılıb. O. Ruşanov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı-hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.