Fransanın Monpelye şəhərində keçirilən karate üzrə Avropa birinciliyində İrina Zaretska, Fəridə Abiyeva, İlahə Qasımova və Nuranə Əliyevadan ibarət qadın milli komandamız tarixində ilk dəfə komanda yarışlarında qitə çempionu  olub.
Unikal.org xəbər verir ki, bu barədə atv.az-a yığmamızın baş məşqçisi Rəhman Hətəmov bildirib. 

Onun sözlərinə görə, ilk görüşdə Portuqaliya idmançılarını 7:1 hesabı ilə məğlub edən karateçilərimiz ardından Rusiyanı 8:5, Finlandiyanı  6:3 və Türkiyəni 7:4 hesabı ilə məğlub edərək finala çıxıb. Millimiz finalda  xorvatiyalılara qalib gəlib.

Kişilər arasında isə məğlubedilməz karateçimiz Rafael Ağayev (75 kq) növbəti qalibbiyyətə imza ataraq, rekord sahibi olub. O, 13-cüdəfə Avropa cempionu titulunu qazanıb.

Qeyd edək ki, bu titulların hamısı rəsmi tanınan titullar olduğundan, 31 yaşlı karateçimiz dünya karate tarixində ən cox Avropa çempionu olan karateçidir.