Cəlilabadda avtomobil piyadanı vuraraq öldürüb. 

Unikal.org-un apa-ya istinadən məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb. İmişli rayon sakini, 1939-ci il təvəllüdlü, Cəmalləddin Seyfi oğlu İmanov yolu keçmək istəyərkən onu avtomobil vurub.

Yaralı ətrafdakıların köməkliyi ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb, C.İmanov dünyasını dəyişib.

Onun meyti müayinə üçün Məhkəmə Tibbi-Ekspertiza və Anatomiya Patoloji  Birliyinin Cəlilabad Rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.