14 Dekabr 2018
Yol qəzalarında 5 nəfər öldü
HADİSƏ 09:17 2018-03-19
  • A

Daxili İşlər Nazirliyi (DİN) martın 17-dən 19-dək daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində 218 cinayət faktı qeydə alınıb, onların da 48-i "isti izlərlə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 35 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 11 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.