15 Dekabr 2018
14 Dekabr 2018
Deyirdim, mən evdə oturum, həyat yoldaşım qazansın... - Natavan
MƏDƏNİYYƏT-ŞOU 12:02 2018-03-19
  • A

"Bilmirəm, nəylə bağlıdır. Amma artıq hər şeyə baxışım dəyişib. Planlarımı maqazin verilişlərinə də açıqlamıram. Edib, sonra deyirəm.

Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Natavan Həbibi "Sənətsevər verilişində deyib.

Sənətçi "W-trio qrupundan, orada birlikdə çalışdığı əməkdar artist Röya Ayxan və müğənni Elnarə Xəlilovadan danışıb:

"W-trio ilə müqaviləmiz bitdi deyə, qrup dağıldı. Mənim Vaqif Gərayzadə ilə işbirliyim davam etdi. Amma o biri qızlar solo karyeraya başlamaq istədilər. Mənim Röya və Elnarə ilə münasibətim yoxdur. Təzəlikcə, Elnarə ilə "salam-sağ ol var aramızda. Amma yaxın deyilik, heç nəyi bölüşmürük. Düşünmüyün ki, Röya ilə düşmənik və ömürlük münasibət olmayacaq. Aygün Kazımovayla da münasibətimiz yox idi. Amma indi hər şey yaxşıdır.

Natavan sevgi həyatı ilə bağlı sualları cavablandırıb:

"Uşaqlıqdan hər zaman diqqət içində böyümüşəm. İlk dəfə altıncı sinifdə oxuyanda mənə dedilər ki, başqa sinifdə oğlan var, ölür məndən ötrü. Onun sevgisi o qədər güclü oldu ki, valideynləri də bu işə qarışdı. Hətta bizi nişanlamaq istəyirdilər. Amma alınmadı, məni ona vermədilər. Heç vaxt düşünmürdüm ki, ailə qurub, uşaq sahibi olmalıyam. Uşaqlıqdan deyirdim ki, mən ev xanımı olacam, həyat yoldaşım işləyib, bizə baxacaq. Müğənni oldum, alınmadı. Son iki ildə Səid (reper Dado - red.) çıxdı, alınmadı. Mənə qarşı "ürəyiağrıyan" baxışlar istəmirəm. Hamıdan güclüyəm. Onunla ailə qurmağıma peşman deyiləm, oldu keçdi.

Sənətçi artıq toy məclislərinə də getməyə başladığını söyləyib:

"İndi başlamışam toylara getməyə. Çünki çalışan müğənnilər siyahısına girdim. Bu vaxta qədər işləmirdim".