22 Avqust 2019
21 Avqust 2019
Moskvada qələbə paradı başladı-
Moskvada qələbə paradı başladı- HADİSƏ 10:50 2016-05-09

 
Rusiyanın paytaxtı Moskvanın Qırmızı meydanında Böyük Vətən Müharibəsində əldə edilən Qələbənin 71 illiyi münasibəti ilə təşkil edilən möhtəşəm Parad başladı. 
Paradda 16,5 min hərbçi, 200-dən artıq hərbi texnika, 140 helikopter və təyyarə iştirak edir. 
Vladimir Putin və qonaq dövlət başçıları paradı Qırmızı meydandakı xüsusi tribunadan izləyir. 
Paradın əvvəlində general polkovnik Kulikov müdafiə naziri Sergey Şoyquya raport verəcək. 
O, avtomobildə meydanda düzülən hərbçilərin qarşısından keçərək onları salamlayacaq.