15 Dekabr 2018
14 Dekabr 2018
DSX-dan ƏMƏLİYYAT: İki sərhəd pozucusu saxlanıldı
KRİMİNAL 14:23 2018-03-19
  • A

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.

DSX-nın Mətbut Mərkəzindən unikal.org-a verilən məlumata görə, martın 17-də DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində külli miqdarda narkotik vasitəsinin ölkə ərazisinə qanunsuz yolla gətirilməsinin qarşısı alınıb.

Belə ki, həmin tarixdə saat 19:50 radələrində Horadiz sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 1 nəfər şəxs sərhəd naryadı tərəfindən müşahidə olunub.

Sərhəd naryadının "dayan əmrinə tabe olmayan sərhəd pozucusu geriyə qaçmağa cəhd göstərib, havaya xəbərdarlıq atəşi açıldıqdan sonra saxlanılıb. Sərhəd pozucusunun üzərinə baxış keçirilərkən 2 bağlamada 25 kq 500 qram narkotik vasitəyə oxşar maddə, 1 ədəd "Samsung markalı mobil telefon, 1 ədəd bıçaq aşkar olunub.

Sərhəd pozucusunun Saatlı rayonunun sakini 1991-ci il təvəllüdlü Hüseynov Əsgər Soltanəli oğlu olması, onun martın 14-də Biləsuvar SNM-dən keçməklə İran İslam Respublikasına getməsi müəyyən edilib.

Təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində narkotik vasitələrin qaçaqmalçılığında iştirakda şübhəli olan daha 3 Azərbaycan vətəndaşının şəxsiyyəti müəyyən edilib və barələrində axtarış elan olunub. Martın 19-da həmin şəxslərdən biri - Füzuli rayonu Böyük Bəhmənli kənd sakini 1973-cü il təvəllüdlü Məmmədov İlham Elman oğlu şübhəli şəxs qismində saxlanılıb.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.