12 Dekabr 2018
Prezident həmkarına məktub göndərdi: ...əmin-amanlıq və rifah arzulayıram
SİYASƏT 2018-03-19 18:07:30
  • A

Azərbaycan prezidenti İlham Əliyev tunisli həmkarı Beji Kaid əs-Sebsiyə məktub göndərib.

Unikal.org-un məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident, Tunis Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Ümidvaram ki, Azərbaycan ilə Tunis arasındakı münasibətlər bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tunis xalqına əmin-amanlıq və rifah arzulayıram.