Biz beynəlxalq hüquq normaları əsasında və bu regionda yaşayan insanların maraqlarında münaqişənin ədalətli həllinin tərəfdarıyıq.
Unikal.org report-a istinadən bildirir ki, bunu jurnalistlərə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini şərh edərkən deyib. 

Səfirin sözlərinə görə, Rusiyanın bu məsələdəki mövqeyi dəfələrlə səsləndirilib: "Onu həm XİN rəhbəri, həm də prezidentin mətbuat katibi bildirib".