Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar 312 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.

 

Unikal.org-un  məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

 

M. Pənahov deyib ki, bura ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 280 qısa müddətli müşahidəçisi və MDB-nin qısa müddətli müşahidəçiləri bu siyahıya daxil deyil.