Rusiyanın ən məşhur həbsxanası Vladimir cəzaçəkmə müəssisəsində məhbuslar məhkəməyə müraciət edib. 

Unikal.org xəbər verir ki, səbəb səhər saat 6:00-dan axşam 22:00-a qədər davam edən yüksək səsli musiqidir. Hətta məhkəmə salonunda musiqinin səsi prosesə mane olub. Həbsdə olan biznesmen Filipov video rabitə vasitəsilə məhkəmə prosesinə qatılıb. Filipov məhbusları boğaza yığmış musiqini əsil işgəncə adlandırıb. Həbsxanadan yayımlanan musiqi səsi qonşu binalarda yaşayanların da həyatını zəhrimara döndərib.