Lənkəranın dəniz sahilində bıçaqlanma hadisəsi baş verib. Unikal.org "Report"a istinadən xəbər verir ki, Lənkəran şəhər, Vağzal küçəsi 22 ünvanında yaşayan 2001-ci il təvəllüdlü Əzimzadə Yunis Elşad oğlu dostları ilə dəniz kənarına balıq tutmağa gedərkən naməlum şəxs tərəfindən bıçaqlanıb.
O, boyun və əl nahiyəsindən bıçaq zərbələri alıb.
Xəstəxanaya çatdırılmış yeniyetməyə hazırda ilkin tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.