20 İyun 2019
545 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib - MSK sədri
545 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib - MSK sədri Prezident Seçkiləri 13:10 2018-03-28

Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasında (MSK) 545 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.

Unikal.org xəbər verir ki, bu barədə MSK sədri Məzahir Pənahov məlumat verib.

O bildirib ki, bu hələ son rəqəm deyil, müşahidəçilərin qeydiyyatdan keçməsi prosesi davam edir.

MSK sədri bildirib ki, 53 mindən artıq yerli müşahidəçi də qeydiyatdan keçib.