Gəncə şəhəri, Nizami rayonunda ümumi sahəsi 600 kv.m olan bazarın ərazisində soyuducu yanıb. Unikal.org Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, soyuducu yanması ilə əlaqədar yüksək temperaturdan bazarın lambirdən ibarət tavanı 30 kv.m sahədə əriyib.
Bazarın qalan hissəsi yanğından mühafizə olunub. 
Yanğın saat 21:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.