Türkiyənin Şanlıurfa şəhərində 11 yaşlı əlil uşaq hər kəsi duyğulandırıb.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, doğuş zamanı eşitmə qabiliyyəti məhdud və əqli qüsurlu doğulan 11 yaşlı İbrahim Günəş özünə və ətrafa zərər vurmaması üçün evdə düzəldilən dəmir qəfəsə salınır. Hadisədən xəbər tutan Əyyubilər Bələdiyyə Başçısının xanımı təkidlə qəfəsi sökdürür və 11 yaşlı oğlan qəfəsdən çıxarılır. 
Dövlət tərəfindən verilən aylıq sosial müavinətlə ailəsini dolandıran eşitmə əngəlli ata Haşim Günəş, evində olan 1 yataqda yoldaşı və 4 uşağı ilə birlikdə yatdığını, əlil oğlu İbrahimi isə dəmir qəfəsə saldıqlarını təsdiqləyib. Əlil oğlunu evdə tək qoymaqdan qorxduqlarını ifadə edən ata İbrahimi, hər zaman özünə və ətrafa zərər vurduğu üçün qəfəsə saldıqlarını söyləyib.