Bu gün günortadan sonra dünya birjalarında neftin qiyməti kəskin ucuzlaşmağa başlayıb.

Unikal.org xəbər verir ki, Brent markalı neftin iyul fyuçersinin 1 barreli 43,69 dollara satılır.

Bu göstərici bu gün səhər alqı-satqı sessiyasının əvvəlində qeydə alınmış rəqəmdən 1,68 dollar, yaxud 3,70% azdır.