16 Sentyabr 2019
15 Sentyabr 2019
Sumqayıtda seçicilərlə növbəti görüş - FOTO
Sumqayıtda seçicilərlə növbəti görüş - FOTO Prezident Seçkiləri 13:46 2018-03-29

11 apreldə Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində Sumqayıt şəhərində seçicilərlə növbəti görüş keçirilib.

Unikal.org xəbər verir ki, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilən görüşdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov bildirib ki, son 15 ildə ölkəmiz yüksək səviyyəli inkişaf yolu keçib.

Tədbirdə sumqayıtlıların hər zaman olduğu kimi bu dəfə də seçkilərdə yüksək fəallıqla iştirak edəcəklərinə və cənab İlham Əliyevə səs verəcəklərinə inam ifadə edilib.

Çıxış edən Milli Məclisin deputatı Tahir Mirkişili bildirib ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Natiq sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, tərəqqinin təməlində Ümummilli liderin inkişaf strategiyasının dayandığını deyib. Onun sözlərinə görə, bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bugünkü nailiyyətlərimizin əsasını təşkil edir.

Çıxış edən Milli Məclisin üzvü Mirzəcan Xəlilov da əldə edilən uğurlardan danışıb, seçiciləri YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb.

Daha sonra görüşdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının seçki qərargahının üzvləri Eldar İsmayılov, Soltan Əsədov və başqaları bildiriblər ki, Sumqayıt sakinləri hər zaman dövlətçiliyin keşiyində dayanıblar.

Vurğulanıb ki, sumqaytlı seçicilərin aprelin 11-də seçimi İlham Əliyev olacaq.


  • Sumqayıtda seçicilərlə növbəti görüş - FOTO