Aprel ayının əvvəllərində döyüş əməliyyatları zamanı yaralanan zabitimiz kapitan Nəcməddin Savalanov ötən gün hospitalda şəhidlik zirvəsinə yüksəlib.
Unikal.org xezerxeber.com-a istinadən bildirir ki, şəhid zabit doğulduğu İmişlinin Göbəktala kəndində torpağa tapşırılıb.
Dəfn mərasimində rayon rəhbərliyi, Müdafiə nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin nümayəndələri və sakinlər iştirak ediblər. Mərasimdə şəhidin qızı oxuduğu şeirlə dinləyənləri ağladıb.
Nəcməddin Savalanovun ölümündən sonra təltif edildiyi "İgidliyə görə" medalı övladına təqdim edilib.
Allah rəhmət eləsin!