"2008-ci ildən etibarən Azərbaycanda seçkilərədə vebkameraların tətbiqinə başlanılıb". Unikal.org xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov MSK-da seçkilərdə vebkameralardan istifadə edilməsi ilə bağlı məsələnin müzakirəsi zaman deyib.

N.Məmmədov bildirib ki, bu çox unikal təcrübədir ki, Azərbaycan istifadə edir. O qeyd edib ki, hələ də bir sıra ölkələr var ki seçkilərdə vebkamera ilə müşahidə aparılmasına icazə vermir.

Onun sözlərinə görə, 6 seçki dairəsi istisna olmaqla, qalan 119 seçki dairəsi kameralarla əhatə olunub: "Vebkameralar 20 faiz seçki məntəqələrində birbaşa izləmə imkanları yaradır. Bu, seçkilərdə müşahidə aparan qurumların işini xeyli asanlaşdırır. Min məntəqədə müşahidə aparmaq üçün gərək müşahidə aparan qurumun ən azı min əməkdaşı olsun, lakin vebkameralar bu işi xeyli asanlaşdırır.

MSK sədrinin müavini vurğulayıb ki, vebkameraların digər müsbət tərəfi odur ki, seçkilərlə bağlı şikayət və müraciətlər vebkameralar vasitəsilə araşdırılır, vebkameralardan əldə olunan görüntülər məhkəmə baxışına da təqdim edilə bilir.

MSK katibi Mikayıl Rəhimov təklif edib ki, vebkamera quraşdırılmayan digər məntəqələrdə də bu texnika quraşdırılsın: " Çünki şikayətlərin araşdırılmasında vebkameralrın rolu böyükdür. Azərbaycan hökumətinin də bunun üçün imkanları vardır

Sədr müavini isə Natiq Məmmədov isə qeyd edib ki, Azərbaycan Seçki Məcəlləsində vebkamera quraşdırmaqla bağlı tələb yoxdur: " Şikayətlərin araşdırılmasında əlbəttə vebkameraların rolu var. Amma bu vasitələrdən biridir. Ancaq bütün seçki məntəqələrini əhatə etməsini zəruri hesab etmirəm.

Daha sonra seçkilərdə vebkameraların istifadə edilməsi məsələsi səsə qoyulub və MSK üzvləri tərəfindən təsdiq edilib.