Prezident İlham Əliyev tərəfindən sahibkarlığın inkişafı ilə bağlı verilən tapşırıq və göstərişlər bir çox şirkətlərin inkişafına təkan verib. İstehsalını artıraraq daxili bazarda imkanlarını genişləndirən "Qradus-40" MMC məhsul istehsalında yerli buğdadan istifadə edir. 

09.09.2015-ci il tarixində yaradılan şirkətin  istehsal müəssisəsi Ağsu rayonunda yerləşir. Hələlik bir adda məhsul istehsal olunur. "Qradus-40" adlanan araqlar 0,5 l, 0,7 l və 1l-lik şüşə qablarda satışa çıxarılır.

Şirkətdən unikal.org-a bildiriblər ki, hazırda Azərbaycanın bütün rayon və şəhərlərinə məhsul satan "Qradus-40" sifariş olduğu təqdirdə xaricə də ixrac etmək imkanındadır. Eyni zamanda son günlər satışın həcmində də artım müşahidə edildiyi deyilir

Orxan Həsənli