Azərbaycanın və "Qəbələ İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov bu gün növbəti sınağına çıxacaq.

Unikal.org xəbər verir ki, təmsilçimiz Qazaxıstanın Almatı şəhərində təşkil olunacaq "Fight Night Global 86 çərçivəsində qüvvəsini sınayacaq. Yüngül çəkidə mübarizə aparan Abbasov üç raundluq döyüşdə Qazaxıstan təmsilçisi Adil Boranbayevlə üz-üzə gələcək.

İdmançılar turnirdən bir gün öncə rəsmi çəki mərasimində iştirak ediblər. Qarşılaşma "Almatı Arenada baş tutacaq. Bu, hesabında 19 qələbə olan Nərimanın 23-cü döyüşüdür. 24 yaşlı döyüşçümüzün rəqibi isə keçirdiyi 15 görüşdə 9 dəfə qalib gəlib.