Bu gün Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulacaq. 

Unikal.org  Apasport.az-a istinadən bildirir ki, turun son günündə iki qarşılaşma baş tutacaq.

 
Bu oyunlarla çempionatın III dövrəsinə yekun vurulacaq. İkinci oyun günü mərkəzi qarşılaşma ilə başlayacaq.

 Mükafatlara iddialılar "Qəbələ və "Sumqayıt mövsümdə 3-cü dəfə üz-üzə gələcək. İki dəfə rəqibini məğlub edən qəbələlilər izləyicisindən uzaqlaşmağa çalışacaq.

 

Həm tura, həm də dövrəyə Bakı derbisi ilə yekun vurulacaq. "Neftçi öz meydanında debütant "Səbaili sınağa çəkəcək.

 

"Ağ-qaralar "Zirənin növbəti xal itkisindən yararlanmağa çalışacaq. Debütant isə xal hesabını artırmaq üçün adlı-sanlı rəqibini büdrətmək əzmindədi.

 


Azərbaycan Premyer Liqası

XXI tur



2 aprel (bazar ertəsi)

17:00. "Qəbələ - "Sumqayıt
Hakimlər: İnqilab Məmmədov, Akif Əmirəli, Vüqar Bayramov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Kərim Ağayev
Qəbələ şəhər stadionu

19:30. "Neftçi - "Səbail
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Azər Əsgərov, Ramil Diniyev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
8-ci km qəsəbə stadionu

 

Turnir cədvəli

 

 1

Qarabağ

21

15

5

1

31-8

50

2

Qəbələ

20

12

3

5

34-20

39

3

Sumqayıt

20

10

4

6

26-21

34

4

Zirə

21

9

7

5

28-20

34

5

Neftçi

20

8

3

9

24-22

27

6

Səbail

20

5

3

12

14-28

18

7

Keşlə

21

4

5

12

18-33

17

8

Kəpəz

21

3

2

16

13-36

11

 

Bombardir: Baqali Dabo ("Qəbələ) - 12 qol