Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasının növbəti görüşləri rayonun Aşağı Nemətabad, Qəribli və Yuxarı Nemətabad kəndlərindən olan seçicilərlə keçirilib.

Unikal.org xəbər verir ki, görüşü millət vəkili Cavid Osmanov açaraq ölkədə keçiriləcək Prezident seçiklərindən və bu seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Azərbaycan üçün görmüş olduğu işlər haqqında görüş iştirakçılarına məlumat verib.

Görüşlərdə çıxış edən seçicilər - Ələsgər Bəkirov, Aidə Cavadova və Cəfər Osmanov çıxış edərək cənab İlham Əliyevin namizədliyinin Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülməsini sonsuz dərəcədə sevinclə qarşıladıqlarını, seçki günü ulu öndər Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevə yekdilliklə səs verəcəklərini bəyan etdilər.

Görüşdə təbliğat qrupunun üzvləri Sevgili İbrahimova və Fuad Nəbiyev çıxış edərək seçiciləri yekdilliklə birləşəməyə və seçki günü fəlallıq, birlik nümayiş etdirərək Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırdılar.