Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turunun daha bir görüşü keçirilib.

Unikal.org-un məlumatına görə, Qəbələ şəhər stadionunda "Qəbələ" "Sumqayıt"ı qəbul edib.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Matçda ilk qolu 55-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Stiven Monroz vurub. Görüşün 82-ci dəqiqəsində isə "Sumqayıt" Nicat Qurbanovun qolu ilə hesabı bərabərləşdirib.

Bu bərabərlikdən sonra "Qəbələ" xallarını 40-a çatdırıb və komanda lider "Qarabağ"dan 10 xal geri qalır. "Sumqayıt" isə 35 xalla 3-cü pillədə qərarlaşıb.