"Barselonanın argentinalı hücumçusu Lionel Messi hələlik peşəkar karyerasını bitirməklə bağlı müzakirələr aparmağa hazır olmadığını bildirib.

Unikal.org xəbər verir ki,  Messi İspaniya mətbuatına gələcək planları ilə bağlı açıqlama verib. 

"Bu mənim üçün ən çətin sualdı. Həqiqətən, neçə ilim qalıb bilmirəm, ancaq ümid edirəm ki, hələ çox oynayacam. İstək və ruh yüksəkliyi gündən-günə artır. Hələ gerçəkləşdirməyə çalışdığım bir sıra hədəflər var. Daha çox mükafatlar, daha çox qollar....

Hazırda özümü çox yaxşı hiss edirəm, futbolu atmaq fikrində deyiləm. Məncə, bu barədə danışmaq hələ tezdi. Lakin hər halda, həmin o gün nə vaxtsa gəlib çatacaq.