21 Avqust 2019
20 Avqust 2019
“İran dövlətinin ən böyük düşməni fars məmurlarıdır”
“İran dövlətinin ən böyük düşməni fars məmurlarıdır” MÜSAHİBƏ 11:05 2012-08-20

“İran dövlətinin ən böyük düşməni fars məmurlarıdır”
“İran dövlətinin ən böyük düşməni fars məmurlarıdır”
Sərdar Cəlaloğlu: “İranda İslam adına təqdim edilən sayaqlamanın İslam dininə dəxli yoxdur”

Azərbaycan müxalifətinin daxilində və regionda, xüsusən də qonşu İranda son zamanlar baş verən proseslərlə bağlı suallarımızı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu cavablandırır.

-Sərdar bəy, başçılıq etdiyiniz partiyanın təşəbbüsü ilə səkkiz müxalifət partiyasının liderləri əvvəlcə iftar süfrəsinə toplaşdılar. Sonradan isə bu iftar görüşü siyasi məsləhətləşmələr formatına keçdi. Ümumiyyətlə, sözügedən səkkiz müxalifət partiyasının seçki koalisiyasına çevrilməsi ehtimalı varmı?
-Vallah, bəzən bizə elə gəlir ki, Azərbaycanda baş verən ən adi bir məsələ, nə bilim ey, Marsa, ya da harasa gedib çıxmaq kimi bir şeydir. Yəni bizim insanlar elementar bir hadisədə fantastk çalar, qeyri-adi gizli məna və ya fövqəladə bir ştrix axtarmağı və bu axtarıb tapdıqlarını da anladıqları şəkildə təhlil edib özlərinə məxsus nəticələr çıxartmağı xoşlayırlar… Hər şey bizim iradəmizdən asılıdır, yəni ölkədəki siyasi reallıqları bütün ümxalifət qurumları eyni dərəcədə düzgün və səmimi şəkildə dəyərləndirsə, zənnimcə, müxalifətin bir araya gəlməsində heç bir problem olmayacaq.
-Bildiyimə görə, səkikiz partiyanın bir araya gəlməsi ideyası və bunun baş tutması sizin partiyanın təşəbbüsləri sayəsində mümkün olub, eləmi?
-Ölkə mətbuatında bu görüşlər barədə ən müxtəlif fikirlər səsləndirilsə də, hələlik səkkiz partiyanın bir araya gəlməsi deyil, bütövlükdə Azərbaycan müxalifətinin prezident serçkilərində daha mobil qüvvə kimi çıxış etməsindən ötrü onun vahud qurum ətrafında biləşdirilməsi gündəmdədir. Hazırda isə bu istiqamətdə də proses gedir.
-Azərbaycan müxalifətinin birliyinə əngəllər yaradan əsas motivlər hansılardır?
-Mənə elə gəlir ki, vurğuladığınız prosesin baş tutmasına mane olan əsas motivlər fərdi və qrup maraqlarının müxalifət düşərgəsində aparıcı rola malik olmasıdır. Adamlar bu birliyin baş tutacağı halda cəmiyyətdən gizli saxlamağa çalışdıqları fərdi iddia və maraqlarının baş tuta bilıməyəcəyini görüb hər cür üsullarla sualda nəzərdə tutduğunuz birliyin meydana çıxmasına imkan vermir və bu prosesə bir o qədər də həvəslə qoşulmurlar.
-Necə bilirsiniz, Rəsul Quliyerv amilinin Azərbaycan müxalifətinin daxilində gedən proseslərə təsiri olacaqmı?
-Düşünmürəm. Əvvəla, açığını deyim ki, indi Rəsul Quliyev tərəfindən çox ciddi bir siyasi iş aparılmır. Çünki prezident seçkilərinə olduqca qısa bir müddət qalıb. Müxalifətin digər liderlərindən fərqli olaraq Rəsul Quliyev uzun müddət idi ki, siyasi səhnədə yox idi, hətta partiyası da yox idi, o yoxudu, bu yoxudu. Yəni ortada onun fəallığı yox idi. İndi isə Rəsul Quliyev siyasi proseslərə qoşulubsa, başqa liderlərə nisbətən daha gərgin şəkildə fəaliyyət göstərməliydi və siyasi proseslərin ön cərgələrinə çıxmağa çalışmalıydı. Amma görünən budur ki, sadaladığım istiqamətdə bir o qədər də ciddi iş getmir. Buna görə də düşünmürəm ki, Rəsul Quliyev bundan sonra ölkədə baş verəcək siyasi gedişata ciddi şəkildə təsir etmək imkanlarına malik ola bilə.
-Siz onu daha yaxından tanıyırsınız. Bir zamanlar əməkdaşlıq edibsiniz, eyni partiyanın həmsədrləri olubsunuz. Ümumiyyətlə, onun hadisələrə yanaşma və dəyərləndirmə qabiliyyəti, kritik məqamda qəti qərar qəbul etmə keyfiyyəti nə dərəcədə yüksək idi?
-Bilirsiniz, Engelsin bir məşhur sözü var idi: “İctimai-siyasi proseslərdə iştirak etməyən heç bir alimin həmin proseslər barədə söylədiyi fikirlər dəqiq ola bilməz”. Rəsul Quliyev nə qədər ki Azərbaycanda yaşamır, ölkədəki ictimai-siyasi proseslərdə iştirak edə bilmir, onun Azərbaycanla bağlı söylədiyi istənilən fikir və dəyərləndirmə düzgün və həqiqəti özündə daşıyan ola bilməz. Bu, təkcə Rəsul Quliyevə aid deyil, Azərbaycandan kənarda yaşayanların hamısına aiddir. Bu dediyim həm də Azərbaycanda yaşamayan bütün alimlərə aiddir ki, bir də görürsən ki qəzetlərdə başlayıb ağlına gələni deməyə və ya yazmağa. Halbuki özü bu proseslərin içində deyil, hadisələri qavraya və başa düşə bilmuir. Alim ancaq və ancaq prosesin içində olandan sonra onun mahiyyətini başa düşə bilər. Elmi firkin aşkarlanması real yaşantıdan keçir. Sən bu gerçəkliyi yaşamayıbsansa, o yaşantı səndə ideyaya çevrilə bilməz. İndi Rəsul Quliyev də Azərbaycanın ictimai-siyasi geçəkliklərindən kənarda qalıb. Ona görə də diqqətlə fikir versəniz, onun yüzminlik mitinqlər, Bakı şəhərində ümumxalq gəzintisi, böyük piketlər barədə iddiaları elə söz də olaraq qaldı. Çünki ACP lideri Azərbaycanda yaşamadığından və ictimai-siyasi proseslərdə bilavasitə iştirak edə bilmədiyinə görə siyasi proseslərin məntiqini düzgün tuta bilmir. Bu, mümkün də deyil. Elmi şəkildə sübut edilib ki, bu iş baş tutan deyil. Lap Rəsul Qulıiyev desin ki, mən bunu edə bilərəm, yenə də mümkünsüzdür.
-Son günlər mərhum prezident Əbülfəz Elçibəyin ölüm səbəbi ilə bağlı rəsmi və qeyri-rəsmi açıqlamalar, şayiələr və dedi-qodular yayılmaqdadır. Sizcə, bu söhbətylərin kökündə nə durur?
-Vallah, mən bir həkim kimi deyə bilərəm ki, prostatın bədəndə yaratdığı problemlə zəhərlənmənin heç bir əlaqəsi yoxdur. Və mən bunu da bilirəm ki, Əbülfəz Elçibəy o vaxtlar Türkiyədə prostat vəzindəki problemlə bağlı müalicə olunurdu. Belə deyək də, olmayan şeyi necə deyirlər, mənim bundan başım çıxmır.
-Bəs bu kampaniyanın arxasında hansı siyasi motivlər dura bilər? Elçibəy 12 ildir ki, dünyasını dəyişib, bu məsələ niyə məhz indi qaldırılır?
-Mənə elə gəlir ki, bu kampaniya prezident seçkilərindən əvvəl başlanmış qara piarın tərkib hissəsidir.
-İran hökuməti zəlzələni də İrandakı soydaşlarımıza qarşı siyasi kampaniyaya çevirdi. Necə deyərlər, təbii fəlakəti siyasi-etnik müstəviyə transfer etdi, yəni zəlzələdə 300-ə yaxın soydaşımız həlak olsa da, İran ancaq lokal matəm elan etməklə kifayətləndi. Siz siyasətdən əlavə həm də fəlsəfi-dini məsələlərə dərindən bələdsiniz. Adını İslam dövləti qoymuş İranın bu addımı hansı dini normalara sığır?
-Bir şiə dövlətinin təmsilçisi kimi İran hökumətinin bu addımı tamamilə yanlışdır. Necə olur ki, Kərbəlada həlak olanların və yaxud da din yolunda nə vaxtsa başqa bir ölkədə həlak olanların xatirəsi İranda ümummilli matəm mərasimi kimi qeyd oluna bilir, ancaq öz ölkəsində yüzlərlə vətəndaşın ölümü ilə nəticələnən və çox böyük faciələrə səbəb olan təbii fəlakətlə bağlı ümummilli matəm elan edilmir? Demokratik ölkələrdə bəzən üç-beş nəfərin ölümü ümummilli matəm kimi qeyd olunur. Mənə elə gəlir ki, İran hökuməti bir növ ayrı-seçkilik eləyir və bu siyasət Cənubi Azərbaycanın ərazisində baş vermiş zəlzələyə və onun nəticələrinə münasibətdə də təzahür edir. Bunu yanlış bir addım hesab edirəm. Vətəndaşlara belə bir yanaşma İranın parçalanmasına aparan və İran cəmiyyətində qarşıdurmaya gətirib çıxardacaq bir addımdır. Orada yaşayan soydaşlarımız da artıq görürlər ki, İran hökumətinin onlara yanaşdığı tərzlə, tutaq ki, farslara yanaşdığı tərz eyni deyil. Əgər bu gün İran türklərinin başına gələn faciə bütün İran dövlətinin və bütün İran cəmiyyətinin faciəsi kimi qeyd və qəbul edilmirsə, o zaman İrandakı hansı birlikdən danışmaq olar? Niyə İranda yaşayan ərəblər, özbəklər, puştular oradakı soydaşlarımızın faciəsini, matəmini yaşamasın, həmdərd olmasınlar? Niyə? Əgər İran adlı bir ölkə varsa, sadaladığım millətlərin hamısı bu ölkənin vətəndaşı hesab edilirlərsə və hamısı da şiə məzhəbindədirlərsə, bu, addım İslamın hansı əxlaqına sığışa bilər? Peyğəmbərimiz (s.v.s.) deyivb ki, “Məğribdəki müsəlmanın başına bir iş gəlsə, məşriqdəki müsəlmanın ürəyi ağrımasa, o, müsəlman deyil”. İndi necə olur, bir ölkədə yaşayırlar, amma ölkəni o biri güşəsindəki şiə buradakı şiənin başına gələn müsibətə reaksiya vermir və hətta özünü “islami cümhuriyyət” adlandıran İran dövləti buna mane olur?
-Maraqlı məqama toxundunuz. Ümumiyyətlə, mənə elə gəlir ki, İranda İslam dini ilə fars şovinizminin sintezindən əcaib bir dünyagörüşü, insanlığa zidd olan bir ideologiya yaranıb…
-Ümumiyyətlə, tarixən belə olub ki, dinlə siyasət birləşəndə din həmişə uduzub və özünün ziddinə işləyən bir sistemə çevrilib. İndiki İranın nümunəsində də bunun konkret təzahürünü müşahidə edirik. Yəni İranda İslam adına təqdim edilən sayaqlamanın islam dininə dəxli yoxdur.
-İranın hakim dairələinin bu addımı İranda mərkəzdənqaçma proseslərini, yəni İranın parçalanmasını sürətləndirə bilərmi?
-Ən azından, İrandakı soydaşlarımızın hökumətdən uzaqlaşmasına, yadlaşmasına səbəb olacaq. Çünki əgər İran hökumətinin özü vətəndaşlarına eyni gözlə baxmırsa, ölkədə ayrı-seçkilik salırsa, təbii ki, bu ölkənin vətəndaşları da hökumətdən soyuyacaqlar və ölkənin təməlləri sarsılacaq. Orada yaşayan azərbaycanlılar açıq şəkildə görməlidirlər ki, bu dövlət onların dövlətidir, amma qəribədir ki, fars məmurları bu addımları ilə deyirlər ki, İran dövləti İrandakı azərbaycanlılara yaddır. Bunun da nələrə aparıb çıxaracağını hamımız gözəl bilirik. Belə çıxır ki, İran dövlətinin ən böyük düşməni İsrail və ya Birləşmiş Ştatlar deyil, elə fars məmurlarıdır. Onların belə bir təfəkkürə malik olması bizə də xeyir edir. Hətta sevinməliyik ki, İranın başında duranlar bu qədər dar düşüncəyə malik insanlardır və onların özləri İranı dağıdırlar. Bunu alqışlamaq lazımdır.

Söhbətləşdi: Savalan