Avropa İttifaqı Ermənistanın yüksək vəzifəli şəxslərinin bu ölkənin nüvə silahına malik olması barədə bəyanatlarını araşdıracaq.
Unikal.org anspress-ə istinadən bildirir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.
"Mən bunu yoxlamalıyam. Bizim nüvə silahının yayılmaması ilə bağlı mövqeyimizi bilirsiniz. Bizim yanaşmamızı bilirsiniz, bu aydındır. Amma mən bunu yoxlayacağam". Bunu bu gün keçirdiyi brifinqdə Aİ diplomatiyasının rəhbəri Federika Mogerininin rəsmi nümayəndəsi Mayya Kosyanoviç deyib.
Avropa diplomatiyasının rəhbəri Ermənistanın keçmiş baş naziri, deputat Qrant Baqratyanın İrəvanın nüvə silahına malik olması ilə bağlı bəyanatı şərh edib. 
Ermənistanın sabiq baş naziri, deputat Qrant Baqratyan mətbuat konfransında Ermənistanın nüvə silahı olduğunu demişdi. Baqratyan bildirib ki, ancaq nüvə silahı ilə Ermənistanın və Dağlıq Qarabağın təhlükəsizliyini təminat altına almaq mümkündür. 

Baqratyan, öz növbəsində, bu barədə nəsə əlavə izahat vermək niyyətində olmadığını bildirib: "Bizim atom silahı əldə etmək imkanımız var". Az sonra isə o, dediklərini redaktə edib və "Bizim atom silahımız var" deyə qeyd edib.  

Xarici  İşlər Nazirliyindən (XİN) bildirib ki, Azərbaycan tərəfi beynəlxalq ictimaiyyəti Ermənistandan irəli gələn nüvə təhlükəsi və nüvə terroru təhdidləri barədə daimi olaraq məlumatlandırır və xəbərdar edir.