Çempionlar Liqasının 1/4 final mərhələsinin "Yuventusla səfər oyununda (3:0) komandasının böyük hesablı qələbəsinə iki qolla töhfə verən "Realın hücumçusu Kriştiano Ronaldo rekorda imza atıb.

Unikal.org xəbər verir ki, portuqaliyalı hücumçu Çempionlar Liqasında ardıcıl 10 oyunda qol vuran ilk futbolçu kimi tarixə düşüb. Ronaldo daha öncə ardıcıl 9 oyunda qol vurmaqla, "Mançester Yunayted və "Realın sabiq forvardı Rud Van Nistelroya şərik olmuşdu.

33 yaşlı futbolçunun uğurlu seriyası məhz "Yuventusla matçda başlayıb. Ronaldo ÇL-in ötən mövsümünün final görüşündən etibarən qrupda "Borussiya (Dortmund), APOEL, "Tottenhem, 1/8 finalda isə PSJ ilə hər iki matçda qapı torunu titrətməyi bacarmışdı. Dünən 1/4 final mərhələsinin "Yuventusla səfər matçında dubl edən hücumçu, ardıcıl 10-cu oyunda fərqlənməklə, yeni rekord müəyyənləşdirdi.