İsmayıllı Olimpiya İdman Kompleksində cüdo və karate idman növləri üzrə fəaliyyət göstərən məşqçilərin təşəbbüsü ilə "İlhamla irəli devizi altında təbliğat-təşviqat tədbiri keçirilib. 

Unikal.org xəbər verir ki, tədbirdə İsmayıllı idman ictimaiyyətinin nümayəndələri, uşaq və yeniyetmə idmançıların valideynləri, Qəbələ, Ağsu, Qobustan, Şamaxı və Oğuzdan gələn məşqçi-müəllimlər iştirak edib.

Tədbiri giriş sözü ilə cüdo üzrə məşqçi-müəllim Əkbər Şəfaqətov açıb. YAP rayon təşkilatı sədrinin müavini Taleh Salehov, Olimpiya İdman Kompleksinin direktoru Tofiq Hümbətov, Karate üzrə məşqçi-müəllimlər Bayram Qəhrəmanov, Anar Həsənov, Cüdo Federasiyasının nümayəndəsi Tərlan Poladov çıxış edib, cənab Prezident İlham Əliyevin idmana və idmançılara göstərdiyi qayğıdan, Azərbaycanı əsil idman ölkəsinə çevirdiyindən danışıb, yekdilliklə ona səs verəcəklərini bildiriblər.

İdmançıların valideynləri adından çıxış edən tarix müəllimi Xalid Mürşüdov Prezidentliyə namizəd İlham Əliyevin 15 illik fəaliyyətindən, onun İsmayıllı üçün etdiklərindən, səfərlərinin regionların inkişafını sürətləndirdiyindən ətraflı danışıb.

Seçki hüquqlu iştirakçılar yekdilliklə cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.