11 aprel 2018-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin Ağdaş rayonunda təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir.

Unikal.org xəbər verir ki, bu gün rayonun təhsil işçiləri ilə görüş keçirilib. Ağdaş Mədəniyyət Mərkəzində baş tutan görüşdə millət vəkilləri, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov və siyasi elmlər professoru Elman Nəsirov iştirak ediblər.

Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov son illər ərzində ölkənin təhsil sistemində aparılan köklü islahatlardan və qazanılan müsbət nəticələrdən danışmışdır. Cavid Osmanov son 15 ildə təhsilə ayrılan xərclərin 8,5 dəfə artdığını və bu günədək ölkədə tikilən 3100 məktəb binasından Ağdaş rayonunun da payına düşdüyünü qeyd etmişdir.

Görüşdə çıxış edən professor, millət vəkili Elman Nəsirov ölkə başçısının təhsilə olan diqqət və qayğısı haqqında bəhs etmiş və son illər təhsilin bütün sahələrində yeniliklərin uğurla tətbiq olunmasından danışdı.

Daha sonra seçicilər adından çıxış edənlər- Cardam kənd tam orta məktəbin müəllimi Anar İbrahimov, M. Şeyxzadə adına TTH fənlər təmayüllü gimnaziyanın müəllimi Dursun Əliyeva, Qəribli kənd tam orta məktəbin müəllimi Aqşin Kərimli, Aralbir kənd tam orta məktəbin müəllimi Elşən Vaqifzadə, Yuxarı Nemətabad kənd tam orta məktəbin müəllimi Bilqeyis Muxtarova ölkədə təhsilə göstərilən diqqət və qayğının yüksək səviyyədə olduğnu, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində müasir tipli məktəb binalarının tikilərək istifadəyə verilməsi, eləcə də təhslin keyfiyyətinin artırılması üçün tətbiq olunan yeniliklərdən söz aşdılar. Ağdaş rayonunda da son illər xeyli sayda məktəb binasının tikilməsi gələcək nəsillərin daha yüksək səviyyədə təhsil almaları və eyni zamanda bu gün təhsilverənlər üçün əlverişli iş şəraitinin yaradılması üçün ölkə başçısı cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını qeyd edən təhsil işçiləri ağdaşlı təhsil işçilərinin 11 aprel tarixində də yekdilliklə cənab İlham Əliyevə səs verəcəklərini bəyan etdilər.