Futbol üzrə İngiltərə milli komandasının sabiqfutbolçusu və "Çelsi" klubunun keçmişməşqçisi Rey Uilkins vəfat edib.

Unikal.org-un məlumatına görə, o, 61 yaşında infarktdan dünyasını dəyişib.

Qeyd edək ki, R.Uilkins 1976-1986-cı illər ərzində İngiltərə milli komandasında çıxış edib. Sabiq yarımmüdafiəçi futbolçu karyerası ərzində İngiltərənin"Çelsi" və "Mançester Yunayted", İtaliyanın"Milan" və Fransanın PSJ klublarında çıxış edib.