Çempionlar Liqasında 1/4 final həyəcanı davam edir. 

Unikal.org-un məlumatına görə, bu gün mərhələnin ilk görüşləri çərçivəsində daha iki oyunu keçirilib.

İngiltərə təmsilçiləri "Liverpul və "Mançester Siti "Enfild Roudda münasibətlərinə aydınlıq gətiriblər. İlk 30 dəqiqədə 3 qol vuran meydan sahibləri asan qələbə qazanıblar. Salah, Oksleyd-Çemberleyn və Mane qələbəni təmin edən qollara imza atıblar.

Digər görüşdə "Barselona "Romanı qəbul edib. İtaliya klublarına qarşı keçirdiyi son 12 ev oyununda uduzmayan kataloniyalılar bu dəfə də ənənəyə sadiq qalıblar. 4 qol vuran "Barselona" qarşısında "Roma"nın gücü təsəlli qoluna çatıb.