Xəbər verdiyimiz kimi, 4-cü İslam Həmrəylik Oyunlarının gümüş mükafatçısı, Azərbaycan çempionu boksçu Tamerlan Abdullayev  öz doğum günü bıçaqlanıb.

O, doğum gününü qeyd etdiyi məkanda tanımadığı şəxslə mübahisə edib. Bu zaman qarşı tərəf onu bayıra çıxardıqdan sonra əlindəki bıçaqla yaralayıb.  Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. T.Abdullayev cərrahi əməliyyat olunub. Həkimlərin verdiyi məlumata görə, xəstənin vəziyyəti orta-ağırdır.

Məsələ ilə bağlı Boks Federasiyasının mətbuat xidmətinin rəhbəri Tahir Hümmətov Unikal.org-a məlumat verib:

"Özüylə danışdım, bildirdi ki, elə bir problem yoxdur. Ciddi xəsarət almayıb. Sabah ya birisigün xəstəxanadan çıxacağını dedi. Həmçinin idmançımız özünü yaxşı hiss edir".

Hadisənin hansı səbəbdən baş verməsiylə bağlı araşdırma aprılır.

Aygün İlqarqızı