Türkiyəli futbol mütəxəssisi Yılmaz Vuralın yeni iş yeri bəlli olub.

Unikal.org xəbər verir ki, 65 yaşlı mütəxəssis Türkiyə 1-ci liqa təmsilçisi "Eskişəhərsporla anlaşıb. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. Məlumatda təcrübəli mütəxəssislə mövsümün sonuna kimi müqavilə bağlandığı qeyd edilib. Vural "Əskişəhərsporun "sükanı arxasında mövsümün sonuna kimi 5 oyun keçirəcək.

"Qırmızı-qaralar 29 turdan sonra topladığı 31 xalla 2-ci liqaya düşmə zonası olan 16-cı pillədə qərarlaşıb. Vuralın qarşısında duran əsas vəzifə komandanı 1-ci liqada saxlamaqdı. Mütəxəssis daha öncə 1994/95 mövsümündə "Es-Esdə çalışıb.