Bu gün YAP Balakən rayon təşkilatının Seçki Qərargahında Milli Məclisin üzvləri Nəsib Məhəməliyev, Kamilə Əliyeva rayonun səhiyyə işçiləri ilə görüş keçiriblər.

Unikal.org-a verilən məlumata görə, görüşdə rayon Seçki Qərargahının sədri Azad Balayev rayon səhiyyəsi, onun maddi texniki bazası haqqında görüş iştirakçılarına məlumat verib.

Görüşdə çıxış edən rayon səhiyyə şöbəsinin baş həkimi Dilbər Quliyeva 2006-cı ildən rayon səhiyyəsinə İlham Əliyevin dəstəyindən, yeni xəstəxana binasının tikilməsindən, rayon səhiyyəsinə aid tibbi avadanlığın ayrılaraq alınmasından, həkimlərin peşəkarlıq səviyyəsinin yüksək olamsından söz açıb.

Görüşdə İlham Əliyevlə 2006-cı ildə görüşmüş həkim Rəisət Tinayeva çıxış edib, rayon səhiyyəsinə göstərdiyi qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Prezidentin xüsusi tapşırığı ilə ildə iki dəfə əhalinin tibbi müayinədən keçirilməsinə nail olduqlarını Azərbaycanın səhiyyə sisteminin daim yeniləndiyini görüş iştirakçıların diqqətinə çatdırıb.

Həkimlər adından çıxış edən Fərhad Əliyev görüş iştirakçılarını 11 aprel seçkilərində Yeni Azərbaycan Partiyasının nazmiədi İlham Əliyevi dəstəkləməyə çağışıb.

Görüşdə Milli Məclisin üzvləri Nəsib Məhəməliyev və Kamilə Əliyeva 11 aprel seçkilərində İlham Əliyevin Balakən seçicilərinin tam dəstəyin qazanacağına əmin olduqlarını vurğulayıblar.